İmişlidə dəhşət: 42 yaşlı qadın doğuş zamanı öldü

İmişlidə hamilə qadın xəstəxanada ölüb.

Referans.az  xəbər verir ki, rayonun Cəfərli kənd sakini, 1983-cü il təvəllüdlü Hətəmova Mirvari Əbülfət qızı 9 aylıq hamiləlik sancıları ilə İmişli doğum evinə yerləşdirilib.

Doğuş prosesində halı pisləşən 42 yaşlı qadın doğuş stolunda uşaq dünyaya gətirmədən ölüb.

Faktla bağlı araşdırma aparılır. (APA)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki