İndoneziyada güclü musson yağışları: ölənlərin sayı 753 nəfərə çatdı

İndoneziyanın Sumatra adasına yağan güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 753-ə çatıb.

Referans Media xəbər verir ki, Cənubi Asiya ölkələri leysan yağışlar nəticəsində yaranan sel və torpaq sürüşmələri ilə mübarizə aparır. İndoneziyanın Sumatra adasında güclü musson yağışlarının yaratdığı daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 753-ə çatıb. İndoneziya Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi (BNPB) 504 nəfərin itkin düşdüyünü bildirib və ölkə üzrə 3,2 milyon insanın yağışlardan təsirləndiyini əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki