İndoneziyada sel fəlakəti: çox sayda ölən və yaralanan var

İndoneziyanın Şimal Sulavesi bölgəsində yerləşən Siau adasında güclü yağışlar nəticəsində baş verən sel fəlakəti 14 nəfərin ölümünə səbəb olub. Yerli xilasedicilər həmçinin 4 nəfərin itkin düşdüyünü, 18 nəfərin isə yaralandığını bildiriblər.

Referans Media xəbər verir ki, sel yüzlərlə ev və ictimai binaya ziyan vurub. Fəlakət nəticəsində ən azı 444 nəfər məktəblərə və kilsələrə təxliyə edilib. Ekskavatorlar yolları və dağıntıları təmizləmək üçün bölgəyə göndərilib.

Şimal Sulavesi qubernatoru Yulius Selvanus dağıntıların ciddi olduğunu və ərazilərdə xilasetmə işlərinin davam etdiyini bildirib.

Qeyd edək ki, ötən ilin noyabrında Sumatra adasında baş verən sel və torpaq sürüşmələrində minlərlə insan dünyasını dəyişmiş, yüzlərlə nəfər isə itkin düşmüşdü.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki