image-ipone19backend

iPhone 18 Pro test istehsalına başladı

Sentyabr ayında təqdim olunması gözlənilən “iPhone 18 Pro”, test istehsal mərhələsinə başlayıb. İddialara görə, yeni model tünd qırmızı rəng seçimi ilə istehsal xəttinə çıxarılıb.

 

Referans Media  xəbər verir ki, Çin mərkəzli sosial media platforması “Weibo”da paylaşılan məlumatlara görə, cihaz hələ tanıtımdan bir neçə ay əvvəl test istehsalına daxil edilib. Test istehsalı, kütləvi istehsal zamanı montaj xəttində gözlənilməz problemlərin qarşısını almaq üçün vacib mərhələ hesab olunur. Məlumata görə, modelin dizayn və materiallarında böyük dəyişiklik yoxdur.

 

Hazırda “Apple” rəng seçimlərini qiymətləndirir. Şirkət, narıncı rəngin uğurundan sonra Pro seriyasında tünd qırmızı tonunu yeni flaqman rəng kimi sınayır. Ekspertlər qeyd edib ki, qırmızı və narıncı tonlarının oxşarlığı səbəbindən “Apple” bu iki rəngi eyni anda təqdim edib-etməyəcəyini hələ müəyyən etməyib. Bu rəng təqdimat zamanı və ya daha sonra keçmiş “Product”(RED) modellərində olduğu kimi bazara çıxarıla bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki