İran ABŞ-a məxsus neft tankerini vurdu

İran Körfəzin şimal hissəsində ABŞ-a məxsus neft tankerinə zərbələr endirib.

Referans Media  xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, neft tankeri bu gün səhər Fars körfəzinin şimalında SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin döyüşçüləri tərəfindən vurulub və hazırda yanmaqdadır:

“Daha əvvəl də demişdik ki, beynəlxalq qanun və qərarlara əsasən, müharibə zamanı Hörmüz boğazından keçid qaydaları İran İslam Respublikasının ixtiyarında olacaq. Hamı buna tabe olmalıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki