İran ABŞ-la danışıqların bərpası üçün əsas görmür.
Referans Media xəbər verir ki, bu barədə ölkənin BMT yanında daimi nümayəndəsi Əli Bəhreyni açıqlama verib.
“Hazırkı mərhələdə danışıqların faydalılığına şübhə ilə yanaşırıq. Onlar anlamalıdır ki, müharibə çıxış yolu deyil. İranın zəifləyəcəyinin və ya məğlub olacağının mümkünsüzlüyünü anlayana qədər müdafiəmizi davam etdirəcəyik”, – deyə diplomat bildirib.
O qeyd edib ki, hərbi əməliyyatlar dayandırılacağı və təhlükəsizlik zəmanətləri veriləcəyi təqdirdə Tehran dialoqa qayıtmağa hazırdır.
“Biz əvvəllər də müdafiə qabiliyyətimizi nümayiş etdirmişik və bu müharibəni dayandıracağıq. Mülki obyektlərə hücum edənlər cəzasız qalmayacaq. İran aqressiya tam dayandırılanadək ABŞ və İsrailin zərbələrinə qarşı adekvat cavab verməkdə davam edəcək”, – deyə Bahreyni vurğulayıb.
Daimi nümayəndə Vaşinqtonu qonşu ölkələrdəki hərbi bazalardan İslam Respublikasına qarşı hücumlar üçün istifadəni dayandırmağa çağırıb.//globalinfo.az























