İran ABŞ-ın məşhur təyyarəsini məhv etdi – Fotolar

İranın Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hərbi hava bazasına endirdiyi raket zərbəsi nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing E-3G Sentry” tipli uzaqmənzilli radiolokasiya aşkaretmə və idarəetmə təyyarəsi məhv edilib.

Referans Media Aif.ru-ya istinadən xəbər verir ki, söhbət Oklahoma ştatında yerləşən və fevralın sonunda Səudiyyə Ərəbistanına köçürülmüş 81-0005 qeydiyyat nömrəli təyyarədən gedir.

Bu təyyarənin məhv edilməsi “E-3” tipli təyyarələrin istismar tarixində ilk döyüş itkisi olub.

Beləliklə, ABŞ Hərbi Hava Qüvvələrində bu tip təyyarələrin aktiv parkının sayı 16-dan 15-ə qədər azalıb, onların istehsalı isə artıq dayandırılıb.//publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki