image-eiieodn-ii-iieaaie-auo-ea-iidneie-aanaio-a-eaeeieiadaaneie-iaeanoebackend

İran Bəhreyndə Amazon-un data mərkəzinə zərbə endirdi – VİDEO

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə ABŞ-ın Amazon şirkətinə məxsus data mərkəzinə pilotsuz uçuş aparatları ilə zərbə endirdiyini bildirib.

Referans Media  xəbər verir ki, bu barədə informasiaynı İranın Fars agentliyi yayıb.

Məlumata görə, Yaxın Şərqdə ABŞ-a məxsus ən böyük məlumat emalı mərkəzlərindən biri hesab edilən Amazon-un Bəhreyndəki data mərkəzi SEPAH-a məxsus dronların hücumuna məruz qalıb.

Bildirilir ki, əməliyyatın məqsədi bu data mərkəzlərinin ABŞ-ın İrana qarşı hərbi və kəşfiyyat fəaliyyətində oynadığı rolu müəyyənləşdirmək olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki