İran dini lideri ilə bağlı gizli qalan fakt üzə çıxdı: Rəsmən təsdiqləndi

İranın dini lideri Müctəba Xamaneyin ABŞ-İsrail hücumları zamanı yaralanması ilə bağlı yayılan iddialar rəsmi şəkildə təsdiqlənib.

Referans Media xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur bildirib ki, Xamaney 28 fevral tarixində baş verən hücum zamanı müxtəlif bədən nahiyələrindən xəsarət alıb. Onun sözlərinə görə, yaralanmalar əsasən üz, baş və ayaq bölgələrində qeydə alınıb.

Sözçü qeyd edib ki, vəziyyət ciddi olmayıb və həyati təhlükə yaratmayıb: “Yaralanmalar səthi xarakter daşıyır. Nə orqan itkisi, nə də ciddi tibbi fəsad qeydə alınmayıb. Yalnız bir neçə tikiş kifayət edib.”

Açıqlamada bildirilir ki, Xamaney hadisə günü yerli vaxtla saat 13:00 radələrində xəstəxanaya yerləşdirilib və qısa müddətli tibbi müdaxilədən sonra vəziyyəti stabilləşib.

Məlumat üçün qeyd edək ki, daha əvvəl Xamaneyin səhhəti ilə bağlı müxtəlif iddialar səsləndirilsə də, İran tərəfi bu barədə ilk dəfə rəsmi açıqlama verib. Məsələ regionda siyasi gərginlik fonunda geniş müzakirələrə səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki