İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İordaniyadakı Əl-Əzraq hava bazasına uğurlu hücum və ABŞ qırıcı təyyarələrinin məhv edilməsi barədə məlumat verib.
Referans Media xəbər verir ki, “Tasnim” xəbər agentliyinin SEPAH-a istinadən yaydığı məlumatda deyilir:
“SEPAH-ın Aerokosmik Qüvvələri 12 ballistik raketdən istifadə edərək Amerikanın F-35, F-15 və F-16 qırıcı təyyarələrinin yerləşdiyi ərazilərə, eləcə də Əl-Əzraq hava bazası və komandanlıq mərkəzindəki ABŞ-ın əsas hərbi obyektlərinə zərbələr endirib və bu obyektləri və çox sayda qırıcı təyyarəni məhv edib".
