İran Hörmüz boğazını tamamilə bağlamaqla hədələyib

ABŞ İranın elektrik stansiyalarına hücum edəcəyi təqdirdə, İran Hörmüz boğazını bağlayacaq.

Referans Media Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə İranın “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının nümayəndəsi bildirib.

“ABŞ-nin İranın elektrik stansiyalarına qarşı təhdidi həyata keçirilərsə, dərhal aşağıdakı cəza tədbirləri görüləcək: Hörmüz boğazı tamamilə bağlanacaq və zədələnmiş elektrik stansiyaları bərpa olunana qədər yenidən açılmayacaq. İsrailin bütün elektrik stansiyaları, enerji infrastrukturu və informasiya texnologiyaları geniş şəkildə zərər görəcək”, – deyə o əlavə edib.(report)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki