İran ilk dəfə 4000 kilometr məsafə qət edə bilən raket atdı

İran Silahlı Qüvvələri müharibə başlayandan ilk dəfə olaraq təxminən 4000 km məsafə qət edən uzaqmənzilli raket buraxıb.

Referans Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

“Əvvəllər də bəyan etmişdik ki, bu rejim qlobal təhdiddir, indi isə London, Paris və ya Berlinə çata bilən raketlərlə bunu əyani görürük”, – açıqlamada bildirilib.

İsrail Ordusu əlavə edib ki, İran indiyədək regionda 12 ölkəni hədəf alıb və daha geniş təhdidə səbəb ola biləcək hərbi imkanlarını inkişaf etdirməyə davam edir./sfera.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki