image-iran-dan-islam-ulkelerine-alti-maddelik-cagri-19663192_8720_ampbackend

İran İslam dünyasına çağırış etdi: ABŞ və İsrailə qarşı birləşin!

İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, diqqət çəkən açıqlama verərək, İslam ölkələrini ABŞ və İsrailə qarşı birləşməyə çağırıb. Əli Laricani, “Nadir halları və məhdud siyasi mövqeləri çıxmaq şərti ilə, heç bir İslam dövləti İran xalqının yanında yer almayıb. İslam dünyasının gələcəyini düşünün. Amerikaya arxalanmaq olmaz, İsrail isə düşməndir. Bir an dayanın, özünüzü və bölgənin gələcəyini düşünün” deyib.

Referans Media xəbər verir ki, Əli Laricani, İslam ölkələrinin liderlərinə və müsəlmanlara müraciət edərək altı maddədən ibarət çağırış yayımlayıb:

ABŞ və İsrailin İranı parçalamaq məqsədilə həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində İranın yüksək səviyyəli rəhbərləri, bir sıra mülki və hərbi komandirlər şəhid olub. İran xalqı güclü milli və dini iradəsi ilə bu hücumlara qarşı müqavimət göstərib. Lakin nadir halları və məhdud siyasi mövqeləri çıxmaq şərti ilə, heç bir İslam dövləti İranın yanında yer almayıb.

ABŞ və İsrailə qarşı müqaviməti davam etdirən İran, bəzi İslam hökumətlərinin tutumunu Peyğəmbərimizin (s.ə.v.) sözləri ilə ziddiyyət təşkil etdiyini vurğulayıb: “Kim ‘Ey müsəlmanlar!’ deyir, amma cavab vermirsə, o müsəlman deyil.”

İran, İslam dünyasına qarşı hərəkət edən ABŞ bazalarının mövcudluğu və İran əleyhinə istifadəsi fonunda susmaq niyyətində deyil. İslam dünyası birləşərək tam gücünü  göstərə bilsə, bütün ölkələr üçün təhlükəsizlik, inkişaf və müstəqillik təmin edilə bilər.

İsrail və ABŞ, Tehran ilə Vaşinqton arasında diplomatik danışıqlar davam edərkən 28 fevralda İranı hədəf alan hərbi əməliyyatlara başlayıb. İran isə buna cavab olaraq İsrailin və ABŞ-ın yerləşdiyi Qətər, BƏƏ və Bəhreyndəki strateji hədəfləri vurub.

Rəsmi məlumatlara görə, bu hücumlarda İran lideri Ayətullah Əli Xameneyi və bir sıra yüksək rütbəli rəsmilər həyatını itirib. Ölü sayı 1348 nəfəri, yaralılar isə 17 mindən çoxu ötüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki