İran: Nüvə sazişi yalnız ədalətli olduqda mümkündür

İranın Xarici İşlər naziri Abbas Arakçi bildirib ki, İranın sülhsevər nüvə proqramı ilə bağlı saziş əldə etmək mümkündür, lakin bu yalnız ədalətli və tarazlı olduqda həyata keçirilə bilər.

Referans Media xəbər verir ki, Arakçi sosial media hesabında İslam İnqilabının 47-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, milyonlarla iranlı İslam İnqilabının 47-ci ildönümünü qeyd etmək üçün meydanları doldurub və ekspertlərin “20-ci əsrin son böyük inqilabı” adlandırdığı bu hadisəni xatırlayıb.

O əlavə edib ki, son onilliklərdə, xüsusilə də son 12 ay ərzində İran xalqı iki nüvə silahına malik rejimin misli görünməmiş hücumlarına və ardından böyük terror əməliyyatına məruz qalıb, lakin İran İslam Respublikası hər zaman güclü olub.

Arakçi vurğulayıb ki, İranın direnci xarici rejimlərə yox, öz xalqına olan inama əsaslanır: “Gələn il sülh və əmin-amanlıq ili olsun, müharibənin yerini dialoq alsın. Bizim seçimimiz diplomatiyadır və İranın sülhsevər nüvə proqramı ilə bağlı saziş yalnız ədalətli və tarazlı olduğu halda mümkündür. İran suverenliyini qorumaqdan çəkinməyəcək. Milyonlarla iranlı bir daha göstərdi ki, bizim hüquqlarımız və şərəfimiz satılmır.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki