image-tramp2026backend

İran razılığa gəlmək istəyir – Tramp

“İranın hazırkı rəhbərliyi Vaşinqtonla razılığa gəlməyə can atır”.

Referans Media  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “The Telegraph” qəzetinə deyib.

“Mən onlara demişdim ki, razılaşma bir həftə əvvəl edilməli idi”, – deyə Ağ Ev rəhbəri bildirib.

Tramp qeyd edib ki, İran rəhbərliyinin bir hissəsinin aradan qaldırılması üçün iki və ya üç həftə lazım olacağını gözləyirdilər:

“Amma biz bunu bir gündə etdik. Biz həmişə bu əməliyyata dörd həftəlik əməliyyat kimi baxmışıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki