İran parlamenti sədrinin müavini Əli Nikzad ABŞ-la heç bir danışıqların aparılmayacağını və Hörmüz boğazının açılmayacağını bəyan edib.
O, çıxışında ABŞ və İsrailin hücumlarında həlak olan İran liderinin qisasının alınacağını bildirib və Vaşinqtona qarşı sərt mövqe nümayiş etdirib.
Nikzad həmçinin ABŞ tərəfinin İran rəsmiləri ilə gizli danışıqlar aparıldığına dair iddiaları təkzib edib və qeyd edib ki, müharibə, sülh və danışıqlarla bağlı qərarlar yalnız ölkənin ali dini liderinin səlahiyyətindədir.
