image-1776528356_fffbackend

İran səfiri Hindistan XİN-ə çağırıldı

Hindistan Xarici İşlər Nazirliyi İranın Yeni Dehlidəki səfiri Məhəmməd Fəthalini Hindistan Xarici İşlər Naziri Vikram Misri ilə görüşə çağırıb. Görüş zamanı Misri Hörmüz boğazında iki Hindistan bayrağı altında üzən gəmi ilə bağlı atışma hadisəsindən narahatlığını bildirib.

Referans Media xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval jurnalistlərə açıqlamasında bildirib.

“Bu axşam İran İslam Respublikasının Yeni Dehlidəki səfiri ölkənin Xarici İşlər Nazirliyinə nazir ilə görüşmək üçün çağırıldı. Görüş zamanı xarici işlər naziri bu gün Hörmüz boğazında iki Hindistan bayrağı altında üzən gəmi ilə bağlı baş verən atışma hadisəsindən Hindistanın dərin narahatlığını ifadə etdilər”, – Caysval bildirib.

Hindistan Xarici İşlər Nazirliyinin məlumatına görə, ticarət gəmiləri boğazdan keçərkən atəşə tutulub.

Caysvalın sözlərinə görə, Misri “Hindistanın ticarət gəmiçiliyinin və dənizçilərin təhlükəsizliyinə verdiyi əhəmiyyəti qeyd edib və İranın əvvəllər Hindistana gedən bir neçə gəminin təhlükəsiz keçidini təmin etdiyini xatırladıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki