İran Səudiyyə Ərəbistanına güclü zərbə endirdi: Əl-Cübeyldə böyük yanğın baş verdi

İran Səudiyyə Ərəbistanının ən vacib sənaye mərkəzlərindən biri olan El-Cübeyl şəhərinə raket zərbələri endirib. Hücum gecəyarısı baş verib və nəticədə bölgədə böyük yanğın başlayıb. Alovlar enerji və neft-kimya müəssisələrinə yayılaraq həm regionda, həm də qlobal enerji bazarlarında ciddi narahtlığa səbəb olub.

Referans Media xəbər verir ki, El-Cübeyl, Səudiyyə Ərəbistanın enerji istehsalı və ixracatı baxımından strateji əhəmiyyətə malikdir. Hücum zamanı şəhərin enerji və neft-kimya sənayesi mərkəzləri xüsusi olaraq hədəfə alınıb.

Hücumdan sonra çıxan yanğın qısa zamanda genişlənib. Sosial mediada yayılan görüntülərdə göy üzünü örtən qalın duman və yüksələn alovlar diqqət çəkib.

Hələlik həm Səudiyyə Ərəbistanı, həm də İran tərəfindən rəsmi açıqlama verilməyib. Hücumun miqyası və potensial zərərlər barədə məlumatın yaxın saatlarda açıqlanacağı bildirilir.

Ekspertlər bildirir ki, bu hücum Yaxın Şərqdə artıq yüksək olan gərginliyi daha da artıracaq və enerji bazarına ciddi təsir göstərə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki