İran Səudiyyənin neft yataqlarını hədəf almağa başladı

Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri “Şeyba” neft yatağına zərbə endirməyə çalışan PUA-nı zərərsizləşdirib.

Referans Media xəbər verir ki, məlumatı Qətərin “Əl-Cəzirə” televiziya kanalı yayıb. Məlumata görə, Müdafiə Nazirliyi ölkənin Hərbi Hava Qüvvələrinin Rub əl-Xali səhrası üzərində “Şeyba” neft yatağına doğru gedən  pilotsuz təyyarəni məhv etdiyini təsdiqləyib. Bu açıqlama, İrandan Şahzadə Sultan Hava Bazasına atılan ballistik raketin məhv edilməsindən, eləcə də Ər-Riyada iki dron hücumunun qarşısının alınmasından bir neçə saat sonra verilib./Mudavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki