İran–Türkiyə xəttində fəallıq: Ərdoğan vasitəçilik niyyətini AÇIQLADI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

Referans Media xəbər verir ki, bu barədə “Haberler” məlumat yayıb.

Bildirilir ki, söhbət zamanı Prezident Ərdoğan gərginliyin azaldılması və bir sıra məsələlərin həll olunması üçün Türkiyənin İran və ABŞ arasında vasitəçi rolunu öhdəsinə götürməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu gün İstanbula səfər edib. İranlı nazir Türkiyə XİN başçısı Hakan Fidanla görüşəcək. Daha sonra Əraqçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki