image-1768109432_iran-etiraz-42backend

İran üçün SAATLAR QALDI

Analitik Maykl Klark “Sky News”a bildirib ki, ABŞ-nin Yaxın Şərqdəki bazaları İranla əlaqədar yüksək hazırlıq vəziyyətinə gətirilib.

“Regiondakı ABŞ bazalarında olan 40 mindən çox hərbçi qarşıdakı həftələrdə baş verə biləcək hücum və cavab tədbirlərinə hazırdır”, – o qeyd edib.

Onun sözlərinə görə, ABŞ SEPAH-a qarşı kiberhücum və “Starlink” terminallarının İrana daxil olması kimi alternativ əməliyyat variantlarını da nəzərdən keçirir.

Politoloq Kənan Novruzov Musavat.com-a bildirib ki, ABŞ və İsrailin İrana hərbi müdaxilə ehtimalı hələ cənub qonşumuzda aksiyalar başlamamışdan öncə gündəmə gəlmişdi:

“Həm İran daxilində baş verənlər, həm də gözlənilən xarici təsir fonunda ABŞ və digər Qərb dövlətləri İrandakı vətəndaşlarına ölkəni tərk etmək barədə çağırış ediblər. Adətən belə çağırışlar boş yerə olmur və konkret arqumentlərə, o cümlədən kəşfiyyat məlumatlarına əsaslanır”.

Ekspertin fikrincə, ABŞ nüvə dosyesi ilə bağlı İranla konsensus əldə edə bilmədi.

“İndiyədək Vaşinqtonun İran rejimi ilə bağlı tərəddüdünün əsas səbəbi məhz davam edən müzakirələr idi. Lakin danışıqlar nəticə vermədi. Belə olan halda prinsip etibarı ilə ABŞ-nin İrana hərbi müdaxiləsi üçün əngəl yoxdur. Doğrudur, belə bir müdaxilə Vaşinqton üçün “A” variantı deyil. Çünki ABŞ lideri Donald Tramp hələ hakimiyyətə gəlməzdən əvvəl dünyadakı müharibələrə son qoyacağını deyir, özünü sülh prezidenti kimi təqdim edirdi. ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi, Qrenlandiyaya iddiasından sonra İranda da güc tətbiqi Trampın nüfuzuna ciddi təsir edə bilər. İkincisi ABŞ hakimiyyəti sərt gücdən daha çox yumşaq təzyiq metodlarına üstünlük verir”, – deyə təhlilçi belə şərh edib.

Onun fikrincə, bu baxımdan Vaşinqton, yəqin ki, əvvəlcə iqtisadi təzyiq metodlarını, həmçinin İranı daxildən dağıtmağı sınayacaq:

“Üçüncüsü, ABŞ-nin İrana müdaxiləsi daxildəki aksiyaların təbii gedişinə mane ola bilər. Dördüncüsü, belə bir ssenari İsrailin əlinə oynamaq deməkdir. ABŞ isə İsraillə məsafəli davranır və yəqin ki, Təl-Əvivin maraqlarına xidmət edəcək addım atmaq üçün tələsmir. Bununla belə, ABŞ-nin İrana hərbi müdaxilə ehtimalı gündəmdədir. Əgər Vaşinqton yeganə variantının belə bir əməliyyat olduğundan əmin olsa, yəqin ki, tərəddüd etməyəcək”.musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki