İran üzərində ABŞ-ın “F-35” qırıcısına zərbə endirildi – Pilotdan xəbər var

İrana qarşı əməliyyatda iştirak edən Amerikanın “F-35” qırıcısı hərbi bazada qəza enişi edib.

Referans Media xəbər verir ki, bu barədə “CNN” telekanalını ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına istinadla məlumat yayıb.

Komandanlığın nümayəndəsi Tim Hokinsin sözlərinə görə, həmin “F-35” enişdən əvvəl İran üzərində döyüş missiyası yerinə yetirirmiş. Zərbə aldıqdan sonra qırıcı ABŞ-ın Yaxın Şərqdəki bazasına enmək məcburiyyətində qalıb.

“Təyyarə təhlükəsiz şəkildə yerə enib. Pilotun vəziyyəti stabildir. Hazırda hadisə araşdırılır”, – deyə Hokins təsdiqləyib.

Bundan əvvəl “Military Watch Magazine” jurnalı yazmışdı ki, ABŞ-ın məxfi kəşfiyyat təyyarəsi Yunanıstanda qəza enişi edib. Həmin təyyarənin də İrana qarşı əməliyyatda iştirak etdiyi bildirilir.//publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki