İran vitse-prezidentinin həyat yoldaşı qəzada öldü

İranın vitse-prezidenti İsmail Saqəb İsfəhaninin həyat yoldaşı Germsar–Tehran magistral yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində dünyasını dəyişib.

“Referans MEDİA” xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, qadın hadisə yerindəcə vəfat edib. Vitse-prezidentin üç övladı və qayınatası isə müxtəlif xəsarətlərlə Germsardakı tibb mərkəzinə çatdırılıblar.

IRIB dövlət teleradio şirkətinin açıqlamasına əsasən, qəza vitse-prezidentin qayınatasının idarə etdiyi avtomobilin yük maşını ilə toqquşması nəticəsində baş verib./Modern.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki