image-iran-protesto-2431458backend

İranda baş verən hadisələrdə ölənlərin sayı 2 677-yə çatıb

ABŞ-ın Virciniya ştatı mərkəzli İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) İranda iqtisadi problemlər səbəbilə başlayan etiraz aksiyaları zamanı həlak olanların sayının 2 677-yə yüksəldiyini açıqlayıb.

Referans Media xəbər verir ki,  HRANA-nın məlumatına əsasən, ölkənin müxtəlif bölgələrində baş verən hadisələrdə 2 600-dən çox insan yaralanıb, 19 097 nəfər isə saxlanılıb.

Etirazlar zamanı baş verən toqquşmalar nəticəsində ümumilikdə 2 677 nəfər həyatını itirib.

İran rəsmiləri indiyədək etirazlarda ölən və ya yaralananların ümumi sayı ilə bağlı rəsmi açıqlama verməyiblər.

Qeyd edək ki, Virciniya ştatında yerləşən HRANA dünən yaydığı məlumatda ölənlərin sayının 2 615 nəfərə çatdığını bildirmişdi.

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki