İranda daha 3 nüvə alimi öldürüldü backend

İranda daha 3 nüvə alimi öldürüldü 

  İranda İsrailin zərbələri zamanı daha üç nüvə üzrə alimin öldürüldüyü bildirilir.

Bu barədə “Tasnim” məlumat verir.

Agentlik həmçinin öldürülən alimlərin adlarını açıqlayıb – Əli Bekai Kərimi, Mənsur Əsgəri və Səid Borci.

Dünən İsrailin hücumu nəticəsində altı İran nüvə aliminin həlak olduğu bildirilmişdi. İsrail Müdafiə Ordusu da “9 İran aliminin məhv edildiyini” bəyan etmişdi. / “Report”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki