İranda futbol qalmaqalı

  İranın Azadegan Futbol Liqasında baş verən insident sosial mediada gündəm olub.

Referans.az  xəbər verir ki, “Damaş Gilan” və “Nəssaci Mazandaran” futbol komandaları arasında keçirilən oyunda Nəssaci rəqibini 5:0 hesabı ilə məğlub edib.

Beşinci qoldan sonra Damaşın qəzəbli kapitanlarından biri dözməyərək meydana daxil olub və komandasının qapıçısını təpiklə vurub. O, əsəbi halda qışqırıb: “Qapıçı ola bilmirsənsə, meydanı tərk et — yerinə mən keçərəm!”

Hadisə stadionda çaşqınlıq yaradıb və təhlükəsizlik xidmətinin laqeydliyi sosial şəbəkələrdə geniş tənqid olunub. İstifadəçilər oyunçuların təhlükəsizliyinin təmin olunmamasını və zəif stadion nəzarətini sərt şəkildə qınayıblar.  /bizim.media


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki