image-xamenei-succession-1024x683_1backend

İranda hakimiyyətə görün kim gəlir

İranda siyasi hakimiyyət daxilində mümkün dəyişikliklərlə bağlı iddialar gündəmə gəlib.

Referans Media xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Belə ki, İranın vitse-prezidenti Məhəmməd Rza Arifin ölkədə yarana biləcək hakimiyyət boşluğu fonunda siyasi təşəbbüsü ələ almağa hazırlaşdığı bildirilir.

İddialara görə, o, mövcud vəziyyətin inkişaf ssenarilərini nəzərə alaraq tərəfdarları ilə məsləhətləşmələr aparır və mümkün keçid dövrünə hazırlaşır.

Qeyd edək ki, Məhəmməd Rza Arif uzun illərdir İran siyasətində aktiv fiqur kimi tanınır və müxtəlif dövlət vəzifələrində çalışıb. Hələlik bu məlumatla bağlı rəsmi təsdiq və ya təkzib verilməyib./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki