İranın Həmədan əyalətində İran Ordusunun Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.
Referans Media xəbər verir ki, məlumatı “Jamaran” xəbər saytı yayıb.
Bildirilib ki, hadisə axşam saatlarında baş verib. Şəhid Nuje hərbi bazasının İctimaiyyətlə Əlaqələr bölməsinin açıqlamasına görə, qəza nəticəsində pilotlardan biri həyatını itirib, digəri isə xilas olunub.
Hadisənin səbəbləri hələlik açıqlanmayıb. Qəza ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.
Rəsmi qurumların əlavə məlumat verəcəyi gözlənilir.
