Vilayət polisinin rəisi bildirib ki, aparılan kəşfiyyat tədbirləri və texniki izləmə nəticəsində ölkənin təhlükəsizliyinə qarşı fəaliyyət göstərən və “düşmən şəbəkələri” ilə əlaqəli şəxslər müəyyən edilərək saxlanılıb.
Onun sözlərinə görə, Şimali Xorasan təhlükəsizlik qüvvələri İsrail tərəfindən idarə olunduğu iddia edilən beynəlxalq şəbəkənin agentlərinə “ciddi zərbə” endirib.
Polis rəisi əlavə edib ki, əyalətin inzibati mərkəzi olan Bocnurdda şübhəli şəxslərin aşkarlanması və saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
