Son iki həftə ərzində İranda baş verən hadisələr təkcə spontan narazılıq deyil, həm daxili islahatların, həm də dövlətçiliyi sarsıtmağa yönəlmiş xarici aqressiyanın mürəkkəb kombinasiyasıdır.
Referans Media xəbər verir ki, bu sözlər “Ermənistan-İran” əməkdaşlıq inkişaf fondunun rəhbəri Puya Hüseyni tərəfindən səslənib.
İranlı ekspertin fikrincə, əhalinin qanuni narazılığı Liviya və Suriya kimi ölkələrdə sınaqdan keçirilmiş vətəndaş müharibəsi ssenarisinin reallaşdırılması üçün münbit zəminə çevrilib.
Sosial partlayışın əsasında uzun illər Qərb sanksiyaları ilə dərinləşmiş iqtisadi böhran və son vaxtlar İsraillə eskalasiya dayanır. Ölkədə uzun müddət rəsmi (dövlət) dollar məzənnəsi ilə bazar məzənnəsi arasında böyük fərq mövcud olub.
Lakin Hüseyni iddia edir ki, sonrakı proseslər iqtisadi məntiqin çərçivəsindən çıxıb. Ölkənin ali rəhbərliyi də daxil olmaqla hakimiyyət vətəndaşların etiraz hüququnu tanıyıb və kompensasiya mexanizmləri barədə dialoqa başlasa da, xarici qüvvələr yaranmış vəziyyəti destabilizasiya üçün istifadə edib.























