image-iran-etirazbackend

İranda ölənlərin sayı 500-ü keçdi

İranda etiraz aksiyalarında indiyədək 490 etirazçı və 48 təhlükəsizlik əməkdaşı həyatını itirib.

 

Referans Media  xəbər verir ki, bazar günü yayılan hesabatda bildirilib ki, iğtişaşlar İslam Respublikasının 2022-ci ildən bəri üzləşdiyi ən böyük kütləvi etiraz dalğalarından biri fonunda baş verib.

 

Məsələ ilə bağlı ABŞ Prezidenti Donald Tramp yenidən sərt açıqlama verərək, etirazçılara qarşı güc tətbiq olunacağı təqdirdə ABŞ-ın müdaxilə edə biləcəyini bildirib. Trampın bu təhdidlərinə cavab olaraq İran tərəfi ABŞ-ı “səhv hesablama” etməməyə çağırıb və mümkün müdaxilə halında ABŞ hərbi bazalarının hədəf alınacağı ilə hədələyib.

 

Eyni zamanda, İsrail mənbələri ABŞ-ın İrana mümkün müdaxiləsi ehtimalı fonunda İsrailin yüksək hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıb.

 

Qeyd olunur ki, bölgədə artan gərginlik Yaxın Şərqdə təhlükəsizlik risklərini daha da yüksəldir və beynəlxalq ictimaiyyət vəziyyəti yaxından izləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki