İranda 12 böyük bənddə suyun səviyyəsi kritik həddə 10 faizdən aşağı enib. Referans xəbər verir ki, bu barədə İran Su Ehtiyatları İdarəetmə Şirkəti məlumat yayıb.
Rəsmi məlumata görə, ölkənin müxtəlif bölgələrində yerləşən bəzi bəndlərdə suyun səviyyəsi 0-8 faiz arasında dəyişir.Rəzəvi Xorasan əyaləti: Torok bəndində 6 faiz, Dosti bəndində 5 faizGülüstan vilayəti: Vuşmgir bəndi – 0 faizMazandaran vilayəti: Lar bəndi – 5 faizGilan vilayəti: Sefidrud bəndi – 4 faizHörmüzqan əyaləti: Şamil bəndi – 0 faiz, İstiqlal bəndi – 3 faizFars vilayəti: Rudbal bəndi – 0 faizKerman əyaləti: Nesa bəndi – 8 faiz, Tenguiyeh – 7 faizMərkəz əyaləti: Ponzdeh Xurdad bəndi – 8 faiz, Save – 7 faizİran prezidenti Məsud Pezeşkian iyulun 31-də çıxışında ölkənin ciddi su böhranı ilə üz-üzə olduğunu vurğulayıb:“Su böhranı bu gün cəmiyyətin ən ciddi problemlərindən biridir. Bütün göstəricilər su ehtiyatlarının azalmasını təsdiqləyir və biz sürətlə quraqlığa doğru gedirik”, – dövlət başçısı bildirib.
Mütəxəssislər hesab edir ki, davamlı istilər və yağışların azalması yaxın aylarda ölkədə vəziyyəti daha da gərginləşdirə bilər.
