image-iran-bayraq-21-900x506backend

İranda üç günlük matəm elan edildi

İranda Nazirlər Kabinetinin qərarı ilə “ABŞ və İsrailə qarşı milli müqavimətdə həyatını itirənlər” üçün ölkə üzrə 3 günlük matəm elan edilib.

Referans Media İran mətbuatına istinadən xəbər verir ki, Nazirlər Kabineti bu qərarı, milli müqavimət zamanı həlak olanların xatirəsinə verib.

Xəbərlərdə qeyd olunur ki, etirazlar zamanı şəhərli terrorçular İŞİD taktikalarına əl ataraq çoxsaylı təhlükəsizlik əməkdaşlarının həyatına son qoyublar.

Eyni zamanda İran vətəndaşlarına yerli vaxtla saat 14:00-da keçiriləcək milli müqavimət yürüşündə iştirak etmələri çağırışı edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki