İrandan ABŞ-a şərt: Razılaşma istəyirsinizsə...

Livanda atəşkəs ABŞ ilə aparılacaq hər hansı bir razılaşmanın əsas şərtidir.

Referans Media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi jurnalistlərə açıqlamasında bildirib.

İsrailin Livandakı hücumlarını genişləndirməsinə toxunan Bəqayi vurğulayıb ki, Livandakı atəşkəs ABŞ ilə bağlanacaq razılaşmanın əsas şərti olaraq qalır.

“Biz israr edirik ki, Livandakı atəşkəs müharibəni sona çatdırmağı hədəfləyən hər hansı bir razılaşma üçün mütləq və zəruri şərtdir”, - deyə o qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki