İrandan ABŞ xalqına məktub: “Həqiqətən ‘Öncə Amerika’?”

İran prezidenti Məsud Pezeşkiyan ABŞ xalqına açıq məktub ünvanlayaraq Donald Trump administrasiyasının İrana qarşı siyasətini tənqid edib.

O bildirib ki, aparılan siyasətin “Öncə Amerika” prinsipi ilə nə dərəcədə uyğun olduğu sual altındadır və bu addımların ABŞ xalqının maraqlarına necə xidmət etdiyi aydın deyil. Pezeşkiyan İranın tarixən aqressiv siyasət yürütmədiyini, regiondakı addımlarını isə “özünümüdafiə” kimi qiymətləndirib.

Məktubda vurğulanıb ki, İran xalqı digər xalqlara, o cümlədən amerikalılara düşmən münasibət bəsləmir. Eyni zamanda, ABŞ-ın bölgədəki hərbi fəaliyyətləri və bəzi hücumların mülki obyektləri hədəf aldığı iddia olunub.

Pezeşkiyan münaqişənin davam etməsinin daha ağır nəticələrə səbəb olacağını bildirib.

Onun açıqlamasından sonra çıxış edən Donald Tramp isə İranı “dünyanın ən aqressiv rejimlərindən biri” adlandırıb və ölkənin nüvə silahı əldə etməsini qəbuledilməz təhlükə kimi qiymətləndirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki