İrandan açıq təhdid: “Qonşuluğumuzdakı hər şeyə hücum edərik!”

“Amerika qüvvələri İran ərazisinə müdaxilə edərsə, Tehran yaxınlıqdakı bütün ABŞ obyektlərinə hücum edəcək”.

Referans Media  xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “RT”nin aparıcısı Rik Sançesə verdiyi müsahibədə deyib.

Diplomat danışıqların tərəfdarı olduğunu bildirib:

“Belə bir şey olarsa, biz onalrın obyektlərinə və aktivlərinə – qonşuluğumuzdakı hər şeyə hücum edərdik. İran və silahlı qüvvələrimiz istənilən inkişafa tam hazırdır. Lakin fikir ayrılıqlarını diplomatiya yolu ilə həll etmək daha məqsədəuyğundur”.

Qeyd edək ki, yanvarın 28-də ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərqə böyük bir qüvvə göndərdiyini açıqlayıb.

O, İran hökumətinin müqaviləni imzalamaqdan imtina edəcəyi təqdirdə Tehranı mümkün güc tətbiqi ilə bağlı xəbərdar edib./globalinfo


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki