İrandan Axar.az-ın xəbərinə REAKSİYA

  İran İslam Respublikasının Bakıdakı səfirliyi Axar.az saytının xəbərinə reaksiya verib.

Referans “Mehr” agentliyinə istinadən xəbər verir ki, İranın Bakıdakı səfirliyi “Axar.az” xəbər saytında yayımlanan yazıya cavab olaraq bəyanat yayıb.

Bəyanatda İranın Ermənistandakı səfirinə qarşı irəli sürülən ittihamlar rədd edilib:

“Azərbaycan saytının İran İslam Respublikasının Ermənistandakı səfirinə qarşı “Dağlıq Qarabağ separatçılarına dəstək missiyası” və ya Ermənistan hökumətinə hərbi dəstək verməsi ilə bağlı dərc etdiyi ittihamlar tamamilə əsassızdır”.

Səfirlik İran İslam Respublikasının Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası prosesinin dəstəklənməsinə dair prinsipial mövqeyini xatırladıb. Qeyd edilib ki, sözügedən xəbər saytının xəbəri müəllifin spekulyasiyasından ibarətdir.

Xatırladaq ki, bəhs edilən xəbərdə bildirilib:

“İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin səlahiyyət müddəti sentyabrda başa çatır. Əslində bunu “təxribat missiyası”nın başa çatması kimi də qiymətləndirmək olar, çünki onun İrəvana səfir təyin edilməsinin səbəblərini və fəaliyyətini incələdikdə hədəfin İran-Ermənistan münasibətlərinin qurulmasından daha çox, İran-Azərbaycan münasibətlərinin pozulması olduğu görünürdü.

Sübhaninin səfir kimi fəaliyyətində iki xətt xüsusilə seçilirdi:

1. Qarabağda keçmiş separatçı rejimin dəstəklənməsi – Azərbaycana qarşı separatizmin körüklənməsi;

2. İranın Ermənistana hərbi dəstəyini, xüsusilə silahların verilməsini təmin etmək”.//Publika.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki