İrandan Azərbaycanı da maraqlandıran mühüm ANONS

“ABŞ hökuməti dəfələrlə yalnız güc dilini başa düşdüyünü göstərib”.

Referans Media  xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari X hesabında yazıb.

O bildirib ki, ABŞ hakimiyyəti Yaxın Şərqdəki hərbi sərgüzəştlərini davam etdirdiyi müddətcə İranla heç bir razılaşma əldə olunmayacaq.

“Neftin qiymətinin 200 dollara çatmasına hazır olun”, – İ.Zülfüqari vurğulayıb.

Xatırladaq ki, bu gecə ABŞ İranın cənubundakı bəzi hədəflərə zərbələr endirib. Hücum nəticəsində 4 SEPAH üzvü həlak olub.

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində neftin qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Neftin qiymətinin artması büdcəyə əlavə vəsaitin daxil olmasını təmin edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki