İrandan gözlənilməz bəyanat: “Bütün dünya icazə istəməlidir”

“Hörmüz boğazı açıqdır, Tehranla əlaqə saxlayan hər kəsə tranzit icazəsi veriləcək”.

Referans Media xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə deyib.

Bu arada, Cənubi Koreya Xarici İşlər Nazirliyi Tehrana xüsusi nümayəndə göndərmək qərarını açıqlayıb. Məlumata görə, səfərin məqsədi Yaxın Şərqdə gərginləşən vəziyyəti müzakirə etmək və ikitərəfli məsələləri həll etməkdir.

Cənubi Koreya xarici işlər naziri Ço Hyun iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı zamanı Hörmüz boğazında maneəsiz naviqasiyanın təmin edilməsinin vacibliyini vurğulayıb.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki