İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdürrəhim Musəvi dekabrın 14-də Avstraliyanın Sidney şəhərində baş verən silahlı hücumun arxasında İsrailin dayandığını iddia edib.
Referans MEDİA xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Musəvi dünən İnqilab Keşikçiləri Korpusunun zabitlərinin buraxılış mərasimində çıxış edib.
Sidneydə yəhudilərin hədəf alınmasının İsrailin yəhudi düşmənliyi ilə bağlı ictimai rəy formalaşdırmaq üçün həyata keçirdiyi psixoloji əməliyyat olduğunu irəli sürən Musəvi belə deyib:
“Bir neçə gün əvvəl də gördüyünüz kimi, sionist rejim özünü vurub. Bu terror aktı əks miqrasiyanın qarşısını almaq, daxili böhrandan yayınmaq və yəhudi əleyhdarlığı ilə bağlı təsəvvür yaratmaq məqsədi daşıyıb.”
İranın Baş Qərargah rəisi həmçinin İsrailin bundan əvvəl də özünü qurban kimi göstərmək üçün oxşar hücumlar təşkil etdiyini iddia edib./Haber Global/
