“İran ordusu tərəfindən Türkiyə torpaqlarına doğru raket atılmayıb”.
Referans Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb.
Qeyd edək ki, martın 4-də İrandan atılaraq İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən bir ballistik raket Şərqi Aralıq dənizindəki NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.
