İranın cənubunda avtobus qəzasında 8 nəfər ölüb

İranın cənubunda avtobusun aşması nəticəsində 8 nəfər ölüb, 15 nəfər yaralanıb.

 İran Qırmızı Aypara Cəmiyyəti Əsəluyə-Kəngan yolunda hərəkət edən bir avtobusun aşdığını, nəticədə 8 nəfərin öldüyünü və 15 nəfərin yaralandığını bildirib.

Yaralılar müalicə müəssisələrinə çatdırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki