Referans Media xəbər verir ki, bu barədə İDF-nin sözçüsü briqada generalı Efi Defrin brifinq zamanı bildirib .
“Biz bir neçə saat əvvəl Minzadehi bazasına zərbə endirdik”, – deyə o bildirib.
Generalın sözlərinə görə, müəssisədə nüvə silahı hazırlamağa çalışan alimlər saxlanılırdı.
Bundan bir müddət əvvəl İsrail ordusunun İranda ballistik raketlər də daxil olmaqla silah istehsalı üçün istifadə edilən sənaye obyektlərinə hücum etdiyi məlum olub.//publika.az






















