İranın yeni Ali liderinin soyadı bir neçə gün əvvəl həlak olmuş ölkənin dini lideri Əli Xameneinin soyadı ilə eyni qalacaq.
Referans Media xəbər verir ki, bunu bunu İranın yeni liderinin seçilməsində iştirak edən Ekspertlər Şurasının üzvü Ayətullah Musəvi Cəzayiri bildirib.
“Biz (İranın-red) yeni liderini seçdik”, – Şura üzvü bildirib. O, əlavə edib ki, Xamenei soyadı da yeni ali liderdə qalacaq.
Bu yaxınlara qədər həmin vəzifəyə ən çox ehtimal olunan namizədin mərhum Ali lider Əli Xameneinin oğlu Müctəba olduğu hesab olunurdu. Şənbə günü Müctəba Xameneinin İranda baş verən bombardmanlardan birində yaralandığı bildirilirdi.
