İranın yeni ali lideri ilk hərbi addımını ATDI

Yeni ali rəhbər Müctəba Xameneyinin təyinindən sonra ölkə İsrail istiqamətində ilk raket zərbəsini endirib.

Referans Media  IRIB News-a istinadən xəbər verir ki, hücum zamanı buraxılan raketlərin üzərində “Xidmətinizdəyik, Seyid Müctəba” sözləri yazılıb. Bu addım, Müctəba Xameneyinin əvvəlki

ali lider Əli Xameneyinin varisi kimi təyin edilməsindən dərhal sonra həyata keçirilib.

Məlumata görə, bu zərbə İranın yeni rəhbərliyinin ilk hərbi reaksiyası kimi dəyərləndirilir və regionda gərginliyin daha da artacağına işarədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki