İraqın Səlahəddin vilayətində yerləşən Beyci Neft Emalı Zavodunda baş verən yanğın nəticəsində 1 nəfər həyatını itirib, 13 nəfər isə xəsarət alıb.
Referans Media xəbər verir ki, Neft Nazirliyinin yaydığı məlumata görə, yanğın dünən saat 19:45 radələrində zavodun kompressor bölməsində baş verib. Yanğınsöndürən və təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində alovlar saat 20:00-da nəzarət altına alınıb, 20:15-də isə tam söndürülərək soyutma işləri başa çatdırılıb.
Nazirlik bildirib ki, yanğın kompressorun dəyişdirilməsi zamanı, yəni gündəlik texniki işlər çərçivəsində yaranıb. Hadisə nəticəsində zavodun 1 əməkdaşı ölüb, 13 nəfər yaralanıb.
