İrem Derici iştirak etdiyi verilişdə uzun müddətdir gizlətdiyi ciddi sağlamlıq problemlərini ilk dəfə açıqlayıb. Müğənni həm nevroloji, həm də psixoloji diaqnozlarla mübarizə apardığını bildirib.
Referans Media xəbər verir ki, İrem Derici bildirib ki, ona “insomnia” – yəni xroniki yuxusuzluq diaqnozu qoyulub. Müğənni günün demək olar ki, 24 saatını oyaq keçirdiyini və bunun gündəlik həyatına ciddi təsir etdiyini bildirib.
O, vəziyyətini belə ifadə edib: “Gecə-gündüz oyaq oluram, artıq bu vəziyyətə alışmışam.”
İrem Derici həmçinin 2017-ci ildən bəri epilepsiya tutmaları yaşadığını açıqlayıb. Onun sözlərinə görə, beynindəki elektrik sistemi pozulduğu üçün vaxtaşırı qıcolmalar keçirir.
Müğənni rapçi Sefo ilə studiyada işləyərkən ciddi bir tutma keçirdiyini də bildirib. O, həmin anı belə xatırlayıb: “Yerdə köpüklər içində qalmışdım, amma ətrafdakılar bunu zarafat sandı.”
İrem Derici həkim nəzarətində müalicəyə başlayacağını və artıq daha ciddi tibbi prosesə keçdiyini vurğulayıb. O, bu dövrdə həm psixoloji, həm də fiziki olaraq çətin günlər yaşadığını qeyd edib.
