İrəvan “vurmusuz” dedi, Bakı yalanladı: Zəngəzurda son durum – Nələr yaşanır?backend

İrəvan “vurmusuz” dedi, Bakı yalanladı: Zəngəzurda son durum – Nələr yaşanır?

  Ermənista tərəfi avqustun 4-ü saat 13:10 radələrində Sünik (Zəngəzur-red.) rayonu ərazisindəki döyüş mövqeləri arasında yol tikintisi aparan

ekskavatora guya Azərbaycan Ordusu tərəfindən atəş açıldığı barədə saxta məlumatlar yayıb. Lakin Azərbaycan Müdafiə Nazirliyi bu iddiaları

təkzib edib.

Sözügedən iddianın məhz Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın avqustun 8-də ABŞ Prezidenti Donald

Trampla görüşəcəyinə dair yayılan xəbərlər fonunda ortaya atılması diqqət çəkir. Bəzi analitiklərin fikrincə, rəsmi İrəvan bununla beynəlxalq

arenaya bölgədə eskalasiya riskinin qaldığını göstərməyə çalışır.

Referans xəbər verir ki,Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd bildirib ki, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri

arasında ABŞ-da keçirilməsi gözlənilən görüş, eləcə də sülh müqaviləsinin imzalanacağına dair yayılan məlumatlara diqqət yetirilməlidir:

“Xarici mediada yayılan xəbərlərə əsasən, tərəflər arasında “niyyət protokolu”nun imzalanması planlaşdırılır. Lakin hazırkı mərhələdə Azərbaycan

və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına qarşı çıxan tərəflər də var. Onlardan biri Rusiyadır. Bundan əlavə, Ermənistanda

Paşinyan hökumətinə qarşı ciddi proseslər baş verir. Ordu daxilində müxalif düşüncəli və Rusiyaya bağlı qüvvələr mövcuddur. Prezident İlham

Əliyevin son çıxışlarından da aydın olur ki, Ermənistanla sülh müqaviləsinin demək olar bütün şərtləri razılaşdırılıb. Amma bu, təkcə iki ölkənin

qərarı ilə bitmir. Region uğrunda ciddi geosiyasi mübarizə gedir, Qərb və Rusiya arasında toqquşma müşahidə olunur və belə bir şəraitdə bu kimi

hadisələrin baş verməsi mümkündür”.

Ekspertin fikrincə, ABŞ-da görüşün baş tutması fonunda Ermənistan və Azərbaycanın müdafiə nazirliklərinin bir-birini təkzib edən açıqlamalar

verməsi gözlənilən idi:

“Brüssel və Vaşinqton formatlarında keçirilən əvvəlki görüşlər zamanı da oxşar hallar müşahidə olunub. Hətta planlaşdırılmış görüşlərin baş

tutduğu dövrlərdə də Ermənistan tərəfindən bu tip təxribatların törədilməsi ehtimalı yüksək olub. Regionda ciddi mübarizə gedir. Moskva açıq

şəkildə həm Bakını, həm də İrəvanı təhdid edir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, tərəflər NATO ilə sıx münasibətləri

olan ölkələrin aqibətindən nəticə çıxarmalıdırlar. Məncə, yeni təxribatların baş vermə ehtimalı kifayət qədər yüksəkdir. Lakin burada hər iki

ölkənin siyasi iradəsindən çox şey asılıdır. Əgər təxribatların qarşısı alınmasa, yeni problemlərin yaranması qaçılmaz olacaq”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki