Naməlum şəxs Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binasına “Molotov kokteyli” atıb.
Bu barədə erməni mediası məlumat yayıb. Qeyd olunub ki, hadisə nəticəsində binaya ziyan dəyib, lakin xəsarət alanlar barədə məlumat verilməyib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti cinayəti törətməkdə şübhəli bilinən bir nəfərin saxlanıldığını təsdiqləyib. Məlumata görə, saxlanılan şəxs istintaq orqanlarına təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.//globalinfo.az























