İsgəndər Əsgərov Avropa Kuboku oyununa təyinat aldı

Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov təyinat alıb.

Referans Media Fanat.Az-a istinadən  xəbər verir ki, o, qadınlar arasında Avropa Kubokunun 1/4 mərhələsinin “Bursa Böyükşəhər Bələdiyyəspor” (Türkiyə) – PAOK (Yunanıstan) görüşündə Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.

Sözügedən oyun martın 22-də Bursa şəhərinin “Nilüfər Bələdiyyə” İdman Ki buompleksində keçiriləcək.

Qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki